İmkanlar
Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır.1
QayğıCash klubuna üzvlük. Hər ödənişdə 1.5% keşbek qazanmaq imkanı.2
Chatbot Concierge xidmətinin təqdim etdiyi endirimlər, müxtəlif imtiyazlar və digər təkliflər.
Lounge Key xidməti üzrə biznes zallara keçid imkanı.3
TamKart Premium Debet kart sahibləri üçün səyahət sığortası imkanı.
Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (debet üzü)4
ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.5
1Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin həmin kartda açılması nəzərdə tutulmuşdur.
2Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı keşbek hesablanmır.
3Lounge Key - dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır.
4 Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 15 000 AZN-dək pulsuzdur, 15 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.
5Qalığa faiz vəsaitin minimum 1 000 AZN-dən maksimum 5 000 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.