Abbas İbrahimov,
İdarə Heyətinin sədri
Hörmətli səhmdarlar, müştərilər və bütün tərəfdaşlar,
ABB dayanıqlı inkişaf öhdəliklərinə sadiq qalaraq bu sahədə dünyanın ən mühüm tədbirlərindən olan COP29-da əsas bank tərəfdaşı kimi fəal iştirak edəcək.
Fərqindəyik ki, qlobal istiləşmə və iqlim dəyişikliyi artıq sadəcə ekoloji problem deyil. Eyni zamanda iqtisadi və sosial tarazlığa dərindən təsir göstərən reallıqdır. Belə bir çağırış qarşısında bank sektorunun da üzərinə böyük məsuliyyət düşür.
Biz dəstək olduğumuz biznes layihələri ilə gələcəyə sərmayə qoyarkən bu məsuliyyətimizi də diqqətdən kənarda saxlamamalıyıq.
Bu baxımdan, COP29 tədbiri iqlim dəyişikliyi ilə mübarizədə təkcə ölkələrin deyil, biznesin, o cümlədən maliyyə sektorunun oynadığı əhəmiyyətli rolun da müzakirəsi üçün mühüm platforma təqdim edir.
Ümidvarıq ki, belə bir imkandan hamılıqla faydalana biləcəyik. COP29-da qazandığımız bilik və təcrübə ilə ekoloji, sosial və iqtisadi davamlılığı daha güclü şəkildə dəstəkləməkdə davam edəcəyik.
Bu yolda Sizin kimi dəyərli tərəfdaşlarımızla birlikdə irəliləyib davamlı gələcək naminə birgə çalışmaq ən böyük motivasiya mənbəyimizdir.
Biznes, cəmiyyət və təbiətin tarazlıqda olduğu iqtisadi modellə daha gözəl bir dünya qura bilərik!