Back

ABB-dən kredit faizlərində Yeni il endirimi!

ABB Yeni il münasibətilə müştərilərə xoş bir sürpriz hazırlayıb. Bankın əməkhaqqı və ya pensiya kartına sahib hər kəs dekabrın 10-dan yanvarın 10-a qədər keçirilən kampaniya çərçivəsində nağd pul kreditini indi bankdan cəmi 19%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.

Kampaniyanın özəllikləri:

Kreditin məbləği - 20.000 manatadək

Kreditin müddəti - 60 ayadək

İllik faiz dərəcəsi - 19%-dən başlayaraq

Kredit 7000 manata qədər olduqda - zaminsiz

Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqı və ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Krediti kim ala bilər?

  • Əmək haqqını və ya pensiyanı ABB-nin kartları ilə alan əməkdaşlar
  • Müəssisədə iş stajı ən azı 6 ay olan əməkdaşlar
  • Yaşı minimum 20, maksimum - kredit öhdəliyinin sonuncu ödəniş tarixində 70 olanlar

Hansı sənədlər tələb olunur?

  • Borcalan və Zamin üçün: şəxsiyyətini təsdiq edən sənəd

Kampaniya çərçivəsində kreditin məbləği 7 000 AZN-dən az olduqda zamin tələb olunmur

ABB Mobile
YÜKLƏ