ABB TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər.
TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və keşbek imkanları yaradır. Üstəlik, ABB-nin ATM-lərində TamKartla nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
ABB-nin keçirdiyi kampaniyanın imkanları bununla bitmir. Kampaniya ərzində müştərilər nağd pul kreditini də Bankdan 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. Kampaniyadan ABB-nin hər bir əməkhaqqı və pensiya kartı sahibi faydalana bilər.