Back

TamKart-da keşbek yağışı

Ödənişləri TamKart-la və NFC sistemini dəstəkləyən cihazlar vasitəsilə aparmaq indi daha da sərfəlidir.
ABB-nin elan etdiyi yeni silsilə kampaniya müddətində TamKart-la (ApplePay, GooglePay, GarminPay) ödənişləri toplam 100 manata çatanda müştəri əlavə keşbeklər qazanacaq. Kart sahibləri müxtəlif ticarət və xidmət məkanlarında – o cümlədən kafe və restoranlarda, marketlərdə, yanacaqdoldurma məntəqələrində, e-ticarətdə bu imkandan istifadə edə bilərlər.
Kampaniya hər dəfə 14 gün olmaqla 8 həftə davam edəcək. Kart sahibləri konkret müddətlərdə bu məkanlar üzrə ödənişlərindən 5% keşbek qazanacaqlar:

  • 03.10.22 – 16.10.22 - Marketlərdə (MCC - 5411,5499)
  • 17.10.22 – 30.10.22 - Yanacaqdoldurma məntəqələrində (MCC - 5541,5983,5172,5542)
  • 31.10.22 – 13.11.22 - Kafe və restoranlarda (MCC - 5811,5812,5813,5814)
  • 14.11.22 – 27.11.22 - Geyim, elektronika dükanlarında və e-ticarətdə (MCC - 4812, 5065, 5732, 5997, 7622, 7629, 5611, 5621, 5631, 5641, 5651, 5655, 5661, 5681, 5691, 5697, 5698, 5699)

Hər 2 həftəlik müddətdə bir müştəri maksimum 25 manat keşbek qazanacaq. Bütün kampaniya müddətində isə bir müştəri 100 manata qədər keşbek qazana bilər. Bundan faydalanmaq istəyən müştəri ABB mobile-da hər kampaniya üçün ayrılıqda “Qoşul” düyməsini seçməlidir.

Qeyd: Son kampaniya bitdikdən 14 gün sonra hədiyyə keşbəklər kampaniya qaliblərinin balansına köçürüləcək.

ABB Mobile
YÜKLƏ