Back

ABB-nin kreditlərində xüsusi güzəştlər

Müştərilərin daha sərfəli və rahat şərtlərlə kredit istəyini nəzərə alan ABB yay fəslinin başlanğıcında yeni kampaniya elan edib. “Belə krediti götürərlər!” devizi ilə keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini indi bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər. ABB-dən ilk dəfə kredit alan müştərilərə isə bank xüsusi güzəştlər nəzərdə tutur. İllik faizlərin aşağı olmasından əlavə, kreditin həm də uzun müddətə verilməsi müştərilərin aylıq ödəniş məbləğlərinin azalmasına və aylıq borcların heç bir çətinlik çəkmədən ödənilməsinə şərait yaradır.   

Kampaniyanın özəllikləri:

  • Kreditin məbləği - 20.000 manatadək
  • Kreditin müddəti - 60 ayadək
  • İllik faiz dərəcəsi -  18%-dən başlayaraq
  • Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ

Kampaniya 30 avqust tarixinə qədər davam edəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın ABBm mobil əlavəsi, yaxud ABB-nin “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Krediti kim ala bilər?

  • Əmək haqqını və ya pensiyanı ABB-nin kartları ilə alan əməkdaşlar
  • Müəssisədə iş stajı ən azı 6 ay olan əməkdaşlar
  • Yaşı minimum 20, maksimum - kredit öhdəliyinin sonuncu ödəniş tarixində 70 olanlar

Hansı sənədlər tələb olunur?

  • Borcalan və Zamin üçün: şəxsiyyətini təsdiq edən sənəd

Kampaniya çərçivəsində kreditin məbləği 15 000 AZN-dən az olduqda zamin tələb olunmur.

ABB Mobile
YÜKLƏ