Back

Əməkhaqqı kartı ilə toplam 500 AZN ödənişə 25 AZN keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

SMS/Push mətnində qeyd edilmiş tarixlərdə əməkhaqqı kartınızla toplam 500 AZN ödənişə 25 AZN keşbek hədiyyə qazanacaqsınız. Qazanılmış keşbek məbləğləri kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

 

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün sizə göndərilmiş SMS-ə “START” sözünü yazın və göndərin.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonraki ayın ilk 15 iş günü ərzində köçürüləcək.
  • İkinci 500 AZN məbləğində əməliyyat sizə əlavə 25 AZN məbləğində keşbek qazandırmayacaq. Kampaniyadan qazanılacaq maksimal keşbek 25 AZN təşkil edir.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.

 

 

 

ABB Mobile
YÜKLƏ