Back

Əməkhaqqı kartı ilə dördüncü ödənişə 5% keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

SMS/Push mətnində qeyd edilmiş tarixlərdə həyata keçirilən dördüncü alış-veriş əməliyyatının 5%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push notificationla alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.

QOŞULMA:

  • Qoşulmaq üçün SMS/Push-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı etməlisiniz.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Dördüncü alış-veriş əməliyyatının ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ