Back

Əməkhaqqı kartı ilə 3 ay ərzində aylıq 300 AZN ödənişə, dördüncü ay yanacaqdoldurma məntəqələrində 25 AZN keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

SMS/Push mətnində qeyd edilmiş tarixlərdə aylıq 300 AZN ödəniş edərək, dördüncü ay yanacaqdoldurma məntəqələrində 25 AZN keşbek qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notificationla alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün sizə göndərilmiş SMS-ə “START” sözünü yazın və göndərin.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürülür.
  • Kampaniyadan qazanılacaq maksimal keşbek 25 AZN təşkil edir.
  • Birinci ay 14/10/2022-12/11/2022, ikinci ay 13/11/2022-12/12/2022, üçüncü ay isə 13/12/2022-12/01/2023 arasındakı tarixləri əhatə edəcək.
  • Əgər SMS/Push-notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınır.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmır.

 

ABB Mobile
YÜKLƏ