Back

Disneyin 100 yaşını Visa ilə qeyd edin!

Ödənişlərinizi ABB-nin Premium kartları ilə etməklə Kaliforniya, Laplandiya və ya Londona getmək şansı qazanın!

20.08.2023-20.09.2023 tarixlərində ABB-nin Visa Premium kart sabihlərinə özəl lotereya keçirilir. Lotereyada bütün növ Visa Platinum, Signature və Infinite kartları iştirak edir.

Kart sifariş edin

Lotereyanın şərtləri ilə daha ətraflı aşağıda tanış ola bilərsiniz: 

Şərtlər:

  • Lotereya müddəti ərzində aktiv olan bütün növ Visa Platinum, Signature və Infinite debet/kredit kartları lotereya müddətində hər 100 AZN/USD/EUR/GBP olan uğurlu nağdsız ödənişlər zamanı 1 şans qazanacaq. Qeyd olunan tarixlərdə 1 ay ərzində müştəri tərəfindən edilən ümumi dövriyyə 100-ə bölünməklə tam hissə qədər iştirak şansı müəyyən ediləcək. Misal üçün hər  6712 AZN  dövriyyə  67 şansa bərabər olacaq. Lotereya ərzində qeyd olunan Visa premium kartlarının istənilən növünü (yalnır bir ədəd yeni karta şamil edilir) əldə edən müştərilər  əlavə 20 şans qazanacaq.
  • Müştərilərin lotereyada ümumi şans sayları limitlənməyib.
  • Müştərinin bir neçə Visa Premium kartı olduqda həmin kartlar üzrə qazanılan şanslar yekunda cəmlənəcək və müştərinin lotereyada həmin say qədər iştirak şansı olacaq.
  • Müştərilər qazandıqları şanslar barədə lotereya müddəti ərzində (10 gün intervalla) sms vasitəsilə məlumatlandırılacaqlar.
  • Vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları lotereya şərtlərinə aid edilmir.
  • Bu lotereya bir tirajdan ibarətdir və tirajın uduş fondunun oynanılması 10.10.2023 tarixində saat 11:00 ABB-in baş ofisində (Nizami küçəsi 67 ünvanında) keçiriləcək və onlayn qaydada rəsmi Facebook səhifəmizdə yayımlanacaq.
  • Qaliblər 10.10.2023 tarixində ABB tərəfindən hazırlanmış xüsusi sistem üzərindən təsadüfi üsulla (random) seçiləcək.
  • ABB tərəfindən uduş fondu oynanıldığı tarixdən etibarən (10 Oktyabr 2023-cü il) 30 iş günündən gec olmayaraq hədiyyələr artıq müəyyən olunmuş qaliblərə (onların şəxsiyyətini təsdiq edən sənədləri (şəxsiyyət vəsiqələri) əsasında) xüsusi hazırlanmış kupon formatında təqdim ediləcək.
  • Lotereyanın uduş fondu oynanıldığı tarixdən 90 iş günü ərzində müştərinin tapılmaması, ABB ilə əlaqə saxlamaması, yaxud hədiyyəsini götürməməsi halında müvafiq hədiyyə ABB-in uduş fondu balansına keçəcəkdir.
  • Qaliblərin məlumatları (ad, soyad və ata adının ilk iki hərfləri və telefon nömrəsinin bəzi rəqəmləri şifrələnmiş şəkildə) efirdə görünəcək.
  • Qaliblərə uduş ilə bağlı sms göndərilməklə, ABB-nin çağrı mərkəzi tərəfindən zəng edilməklə məlumat təqdim ediləcək. Hədiyyələri təsdiq edən kuponlar ABB-in baş ofisində (Nizami 67 ünvanında) qaliblərə təqdim ediləcək. Əlavə məlumat almaq isə ABB-nin 937 qısa nömrəsinə zəng etməklə mümkün olacaqdır.
  • Həmçinin 5 iş günü ərzində qaliblərin şifrələnmiş formada adı, soyadı, ata adı, mobil nömrəsi, kartın ilk və son 4 rəqəmi (nümunə: GÜ*** Nİ****** RA*****; M: 0502****76; 4169*****1234 nömrəli kart) ABB-nin vebsaytlarında, sosial şəbəkələrdəki rəsmi səhifələrində və www.abb-bank.az saytında dərc olunacaqdır.
  • Lotereyanın keçirildiyi gündən başlayaraq qaliblər 1 il ərzində Disney paketindən istifadə edərək qeyd olunan ölkələrə səfər edə biləcək. Visanın imtina olacağı təqdirdə və ya digər səbəblərdən səyahət etmək imkanı olmamasına ABB məsuliyyət daşımır və hədiyyə paketləri pul ekvivalentində təqdim olunmur.
  • Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
  • ABB-nin əməkdaşları,həmçinin yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba, nəvə, həyat yoldaşı, övladlar) və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ABB-yə aidiyyatı olan şəxslər və yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba, nəvə, həyat yoldaşı, övladlar) lotereyada iştirak etməsinə yol verilmir.
  • Lotereya 20.09.2023-cü il tarixinədək qüvvədədir.
  • Müştəri yalnız bir dəfə qalib ola bilər.
  • Lotereyada iştirak etməkdən imtina etmək üçün zəhmət olmasa  elektron ünvanına: Ad, soyad, mobil və FİN nömrənizi göndərin. Məktubun mövzusu yerinə "Lotereyadan imtina" yazılmalıdır.

Qaliblərə təqdim olunacaq hədiyyələr:

Ümumilikdə lotereyanın 3 qalibi olacaq. Qaliblərə Disneyland-dən səyahət paketləri təqdim olunacaq. Hər bir mükafat paketi 4 nəfər üçün (iki böyük və 16 yaşdan kiçik iki uşaq olmaqla) nəzərdə tutulmuşdur və onların hamısı eyni marşrutla eyni vaxtda səyahət etməlidir.

  • 1-ci yer - California paketi ( Avia biletlər, hava limanından maşın icarəsi, 8 gecəlik səhər yeməyi ilə (4*) oteldə yerləşmə, gündəlik nahar və şam yeməyi, özəl serfing dərsi, müxtəlif turlara və teatrlara biletlər, səyahət sığorta müqaviləsi)

  • 2-ci yer - Laplandiya paketi (Avia biletlər, Rovaniemi-də şəxsi hava limanına gediş-dönüş transferləri, 5 gecəlik oteldə yerləşmə, gündəlik səhər, nahar və şam yeməyi, müxtəlif turlara, atraksiyonlara biletlər, səyahət sığortası müqaviləsi, "MULTILEM MIDDLE EAST EVENTS LLC" tərəfindən müraciət prosesinin idarəetməsi (qalibin yazışmalarının və tələb olunduğu təqdirdə səyahət sənədlərinin tərcüməsi daxil olmaqla )

  • 3-cü yer - London paketi (Avia biletlər, Londonda dörd nəfərlik otaqda 5 gecəlik lüks (4*) oteldə yerləşmə, gündəlik səhər, nahar və şam yeməyi, ailə makaron yapılması dərsi (3 saat) , London səyahət kartı (zon 1-3) , səyahət sığorta müqaviləsi, "MULTILEM MIDDLE EAST EVENTS LLC" tərəfindən müraciət prosesinin idarəetməsi (qalibin yazışmalarının və tələb olunduğu təqdirdə səyahət sənədlərinin tərcüməsi daxil olmaqla olmaqla)
ABB Mobile
YÜKLƏ