Back

Ev almaq üçün 11 səbəb

ipoteka ile ev al

Hər il dünyanın müxtəlif yerlərində milyonlarla daşınmaz əmlak satılır və alınır. Əlində bir qədər vəsaiti olan hər kəs pulunu məhz daşınmaz əmlaka yatırmaq istəyir. Bu yazını oxuyandan sonra isə görəcəksiniz ki, elə Siz də imkan düşən kimi, vaxtında əmlak alsanız, qətiyyən uduzmasınız. Pulunuza uyğun bir mənzil, fərdi ev, bağ, sahibkarlıq obyekti və s. almaqdan ötrü görün, nə qədər səbəbləriniz var:

  1. Ev almaqla, ilk növbədə, yaşayış yeri problemini həll edirsiniz. Daha kirayə haqqına xərciniz çıxmır. Əmlakı ipoteka ilə alanda isə hər ay kirayəyə xərclədiyiniz pulla öz mənzilinizi almış olursunuz.
  2. Əmlakınızı icarəyə verib sabit gəlir əldə edə bilirsiniz.
  3. Daşınmaz əmlak hələ-hələ sıradan çıxmır, aradan neçə illər keçsə də, dəyərini itirmir.
  4. Qiymətlər artdıqca əmlakın qiyməti də bahalaşır. Beləliklə, pulunuz inflyasiyadan qorunur. Əgər əmlakı ipoteka krediti ilə almısınızsa, ildən-ilə onun hər kvadratmetrinin dəyəri yüksəlir. Sizin aylıq ödənişlərinizin miqdarı isə dəyişməz qalır. Bu halda yenə də qazanclısınız.
  5. Əgər həyatınızda xüsusilə ağır sınaqlar baş verməsə, daşınmaz əmlakın əlinizdən çıxması riski çox aşağıdır.
  6. Böyük məbləğdə pul vəsaitlərinizi ən etibarlı şəkildə saxlamaqdan ötrü daşınmaz əmlak ən uyğun investisiya yeridir.
  7. Əmlak üzərində mülkiyyət hüququnuzu dövlət qoruyur.
  8. Daşınmaz əmlak eyni vaxtda həm əmtəə dəyərini, həm maliyyə dəyərini özündə birləşdirən əsas aktivdir. Məsələn, öz mənzilinizdə yaşaya-yaşaya onu girov qoyub sahibkarlıq krediti ala, öz işinizi qura, yaxud biznesinizi daha da böyüdə bilərsiniz.
  9. Əmlak sahibi olmaq gələcəkdən əminlik deməkdir.
  10. Sahib olduğunuz əmlakı övladlarınıza, yaxınlarınıza bağışlamaqla onların gələcək həyatına daha bir fayda vermiş olursunuz.
  11. Evi məhz indi almaq üçün çox bir mühüm səbəbiniz də var. ABB 25 ilədək və 500 000 manatadək daxili ipoteka kreditini illik cəmi 6%-dən başlayan faizlərlə təklif etməyə başlayıb. İlkin ödəniş tələbi isə cəmi 15%-dir. Rəsmi gəliri olan hər kəs bu imkandan yararlana bilər. Krediti elə buradan onlayn sifariş vermək mümkündür.
ABB Mobile
YÜKLƏ