ÜMUMİ MƏLUMAT:
SMS/Push mətnində qeyd edilmiş tarixlərdə Azercell Co-brand kartınızla bütün marketlərdə həyata keçirilən ödənişlərə 3 qat bonus hədiyyə qazanacaqsınız. Qazanılmış bonus məbləğləri kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.
QOŞULMA:
- Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında marketlərdə ödənişlər etməlisiniz.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Bütün marketlərdə etdiyiniz ödənişlər.
Kommunal, mobil operator, kredit ödənişləri, “card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonraki ayın ilk 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal bonus 1,800 təşkil edir. Marketlərdə əməliyyatının (larının) ümumi məbləğinin 3 qatı 1,800 -dən yüksək olarsa, müştərinin qazandığı bonus məbləği 1,800 ilə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
- Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.