Back

İstənilən ABB kartınızla pos-terminal ödənişlərində 7% əlavə Fayda!

Dekabr ayının sonuna qədər ABB mobile istifadəçilərinə əlavə Faydalar qazanmaq üçün 4 kateqoriya üzrə seçim imkanı verilir. Bunlar “Kafe/restoran”, “Yanacaqdoldurma məntəqəsi”, “Ərzaq mağazaları” və “Geyim mağazaları”dır. Dekabr ayı ərzində qeyd olunan məkanlardan birində pos-terminalla ödəniş edən istifadəçilər daha çox Fayda qazanmış olurlar. ABB mobile ilə ödənişlər yanacaqdoldurma məntəqələrində, geyim mağzaları, kafe-restoranlarda 5%, ərzaq dükanlarında 3% əlavə Fayda qazandırır. Ödəniş Mastercard hesabından edildikdə 2%-lik əlavə ilə bu Faydalar 7-ə qədər artır. Digər kateqoriyalar üzrə Fayda-lar isə cari tarifə uyğun hesablanacaq.

Ödənişləri ABB-nin istənilən kartı, o cümlədən pensiya kartı hesablarından aparmaq olar. Hətta ABB mobile istifadəçisi olmayan şəxslər də pulsuz rəqəmsal kart yaradaraq bu fürsətdən faydalana bilərlər.

Fayda ABB-nin loyallıq proqramıdır, Proqram çərçivəsində ABB mobile istifadəçiləri tətbiqdən istifadə zamanı Fayda-lar toplayırlar. Daha sonra isə bu Fayda-larla mobil tətbiqdə ödənişlər edə və ya onları hədiyyələrə dəyişə bilirlər. Fayda haqqında daha geniş məlumatı buradan əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB mobile yüklə

ABB Mobile
YÜKLƏ

Comment on your experience about using our site

Rate from 1-5 star

Şərhiniz üçün təşəkkür edirik!