Frequently Asked Questions

TamKart limitinin artırılması barədə SMS nədir?

TamKart kredit kartı sahibi olan müştərilərə gəlirlərinə əsasən artıra biləcəkləri maksimal limit haqda məlumat göndərilir.

TamKart limitinin artırılması barədə SMS düzgün necə cavablandırılmalıdır?

Müştəri ona göndərilmiş, maksimal artıra biləcəyi limitə qədərki məbləğ qarşısına TAM yazmaqla limiti artıra bilər. Nümunə: TAM5000

Bankın göndərdiyi maksimal limitdən artıq limit əldə etmək mümkündürmü?

Xeyr, mümkün deyil.

Nümunədə qeyd edilmiş formada düzgün cavablandırdıqda limitim dərhal artırılırmı?

Sorğunuz qəbul edildikdən sonra müştəri belə məzmunda SMS alır: “Hormetli mushteri, Cari TamKart limitinizin artırılmasi ile bagli sorgunuz qebul edildi.” Gün ərzində limit artırılır və bu haqda SMS göndərilir.

Limitin artırılması barədə SMS hansı müddətədək qüvvədədir?

SMS göndərildikdən sonra limit 24 saat ərzində nümunədə qeyd olunan formada maksimal təklif məbləğinədək düzgün cavab yazılmaqla artırıla bilər. 24 saatdan sonra təklif qüvvədən düşür.

Limit minimal nə qədər artırıla bilər?

Cari TamKart limitindən minimum 300 AZN-dən çox olduqda sorğu qəbul edilir. Nümunə: "Sizin ABB-de cari TamKart limitiniz 1000 AZN-dir.  Artiq Banka gelmeden limitinizi 5000 AZN-dek artırmaq imkanı yaranıb! Bunun ucun istediyiniz yeni limiti TAM məbləğ formatinda yazib SMS-e cavab göndərin."
Limit minimal TAM1300 maksimal TAM5000 yazıla bilər.

“Gonderilen cavab uygun deyil. Zehmet olmasa duzgun formatda cavablandırın” məzmunlu SMS almışam, onu düzgün necə cavablandırım?

Nümunə: TAM5000 - başqa simvollar yazmaq, yazılış ardıcıllığının pozulması uğursuz cəhd kimi qeydə alınır və sorğunuz qəbul edilmir.

“Sizin, TamKart uzre limitiniz (movcud limit+300)-5000 AZN araliginda teyin oluna biler” məzmunlu SMS almışam. Bunu düzgün necə cavablandıra bilərəm?

Göndərilən təklif SMS-ində cari TamKart limiti və maksimal artırıla bilən limit yazılmış olur. Bu zaman cavabı yalnız cari limitdən 300 AZN artımla maksimal limitə qədər məbləğ qarşısına TAM yazmaqla göndərmək lazımdır.

2 dəfə yanlış cavablandırdım. Artıq düz yazsam da, cavab gəlmir. Bu halda nə etməli?

Bankın təklif sorğusuna uğursuz cəhdlərin sayı limiti keçdikdən sonra limitin onlayn artırılması mümkün olmur. Yalnız TamKart aldığınız filiala yaxınlaşmaqla limitinizi artırmaq üçün müraciət edə bilərsiniz.

ABB Mobile
YÜKLƏ