Üstünlüklər
İnkasso – ixrac və ya idxal edən müştərilərimiz üçün rahat hesablaşma növüdür.
İddiaçının (İxracatçı) kommersiya sənədlərini (hesab-farkura, sığorta şəhadətnamələri, nəqliyyat sənədləri, xidmətlərin görülməsinə dair sənədlər və digər) Ödəyiciyə (İdxalçı) bank vasitəsilə təqdim etməklə ödənişin tələb olunması. Sənədlərin Ödəyiciyə çatdırılmasında Bank vasitəçi rolu oynayır.
Akkreditivdən fərqli olaraq müqavilə tərəfdarları arasında etibarlı münasibətlər qurulduğu və ödəmə qabiliyyəti şübhə doğurmayan hallarda istifadə olunur.
İnkasso xidmətindən faydalanmaq üçün ABB-də hesaba malik olmaq və inkasso üçün sənədlərin qəbuluna dair banka tapşırıq vermək kifayətdir.
Bank tərəfindən qəbul olunan inkasso növləri:
- Ödənişə qarşı sənədlər (D/P / Documents against payment) – İxratçı tərəfindən təqdim olunan sənədlər İdxalçıya sonuncu tərəfdən ödənişin aparılmasından sonra təqdim olunması;
- Akseptə qarşı sənədlər (D/A / Documents against acceptance) - Bu halda Idxalçı sənədləri əldə etmək üçün vekseli təsdiq edərək müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etmək üçün qeyd-şərtsiz hüquqi öhdəliyi qəbul edir.
Şərtlər
- Müqavilə tərəflərinin maraqlarının qorunması təmin edilir.
- Müqavilə öhdəliklərinin əlavə təminatı: idxal edən müştəri yalnız bütün sənədlərin bankdan əldə edilməsindən sonra ödənişi aparır.
- Əməliyyat Beynəlxalq qaydalara uyğun olaraq aparılır.