Geri qayıtmaq

Valyuta tənzimləmələri

Məlumat

Şirkətiniz ödənişin məqsəd və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlər, pul vəsaitinin Sizin hesabınıza əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarışın əslini banka təqdim etmək şərti ilə aşağıdakı hallarda xaricə köçürmə apara bilər:

  • Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar;
  • Təkrar ixrac əməliyyatları üzrə rezidentlərin və qeyri-rezidentlərin köçürmələri;
  • Qabaqcadan ödənilmiş, lakin icra olunmayan ixrac müqavilələri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitlərin geri qaytarılması;
  • Rezident hüquqi şəxslərin xaricdə yerləşən filial və nümayəndəliklərinə, həmçinin törəmə və tabeliyində olan qurumlarına məqsədi bəyan edilməklə köçürmələr;
  • Xaricdən cəlb edilmiş kreditlər və digər borc öhdəlikləri, həmin borc öhdəlikləri üzrə faiz, komisyon haqlar və cərimələrin ödənilməsinə yönəldilmiş köçürmələr;
  • Rezidentlərin və qeyri-rezidentlərin məhkəmə, arbitraj, notariat xərcləri, dövlət rüsumları, digər icbari ödənişləri, təqaüd, pensiya, aliment və oxşar ödənişlərin aparılması ilə bağlı köçürmələr, habelə qeyri-rezidentin miras üzrə məbləğlərinin (miras üzrə qəbul etdiyi və ya miras əmlakının satışından əldə etdiyi pul vəsaiti) köçürülməsi;
  • Rezidentlər tərəfindən qeyri-rezidentlərə dividendlərin ödənilməsi ilə bağlı köçürmələr;
  • Azərbaycan Respublikasının iqtisadiyyatına qoyulmuş xarici investisiyaların repatriasiyası məqsədi ilə qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr;
  • Qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı investisiyaları ilə bağlı əldə etdikləri gəlirlər və başqa məbləğlər, o cümlədən kompensasiyalar və zərərin ödənilməsi məbləğləri ilə bağlı köçürmələr;
  • Rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezident olan işçilərinə əmək haqqının ödənilməsi ilə bağlı köçürmələr;
  • Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin müvafiq təsdiqedici sənədlər əsasında kapitalın hərəkəti ilə bağlı aparılan aşağıdakı valyuta əməliyyatları.

Digər məqsədlərlə:

  • Beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə və digər tədbirlərdə iştirak haqlarının ödənilməsi;
  • Xarici nəşr məhsullarına, kitabxana, məlumat bazalarına və bülletenlərə (o cümlədən, elektron formada) abunə haqlarının və ya elanların yerləşdirilməsi haqlarının ödənilməsi;
  • Rezidentlər və qeyri-rezidentlər tərəfindən özlərinin və ya digər fiziki şəxsin (şəxslərin) təhsil və müalicə haqlarının ödənilməsi;
  • Müəlliflik hüququndan, patentdən istifadə haqlarının və françayzinqin ödənilməsi.
ABB Mobile
YÜKLƏ