Geri qayıtmaq

ABB Business API

ABB tərəfindən təqdim olunan «ABB Business API» xidməti vasitəsi ilə siz öz əməliyyat sisteminizdən (ERP sistemi) bank əməliyyatlarını icra edə bilərsiniz. ABB Business API vasitəsi ilə aşağıda qeyd olunan əməliyyatları apara bilərsiniz:

  • Manatda köçürmələr (bankdaxili, digər yerli banklara köçürmələr, büdcə köçürmələri);
  • Xarici valyutada köçürmələr (bankdaxili, digər yerli banklara köçürmələr, respublikadan kənara köçürmələr);
  • Valyuta mübadiləsi;
  • Hesabdan çıxarış;
  • Hesabın online qalığı;
  • Əmək haqqı fondun köçürülməsi;
  • Hesab rekvizitləri;
  • Kredit qalıqları üzrə məlumatlar;
  • İcra olunan köçürmənin təsdiqedici sənədi;
  • Əməliyyatın ləğvi;
  • Köçürməyə aid sənədlərin göndərilməsi;
  • Bankın xarici valyuta məzənnələri;
  • Kredit ödəniş qrafiki;
  • SWIFT kodlar siyahısı;
  • Yerli bankların siyahısı və bank kodları.

Əməliyyatların tasdiqləmə metodları:

  • Köçürmələrin OTP ilə təsdiqlənməsi;
  • Köçürmələrin Internet Banking-də təsdiqlənməsi;
  • Köçürmələrin ASAN İmza ilə imzalanması.

 

Qoşulma prosesi:

  1. CorporateCustomerIntegration@abb-bank.az e-mail ünvanına müraciət edin
  2. İnteqrasiya xidmətindən istifadə etmək üçün texniki sənədlə tanış olun
  3. Müştəri tərəfindən göndərilən public İP white list-ə əlavə olunur
  4. Müştəriyə token verilir
  5. Müştəri tərəfindən integrasiya servisləri tətbiq olunduqdan sonra qarşılıqlı test mərhələsinə başlanılır
  6. “ABB Business APİ” inteqrasiya xidmətində qoşulmaq üçün müqavilə imzalanır
  7. “ABB Business APİ” inteqrasiya xidmətindən istifadə edin

 

“ABB Business API” xidmətinə qoşulmaqla bağlı əlavə suallarınız yarandığı təqdirdə aşağıdakı elektron poçtla bizə müraciət edə bilərsiniz: CorporateCustomerIntegration@abb-bank.az

 

İstifadə qaydaları:

“ABB Business APİ” inteqrasiya xidmətindən istifadə etmək üçün aşağıdakı texniki sənədlə tanış olun:

“ABB Business APİ” inteqrasiya xidmətinin müqaviləsi

“ABB Business APİ” xidmətinə qoşulma prosesi

ABB Mobile
YÜKLƏ