Şirkətiniz beynəlxalq ticarət əməliyyatlarını aparırsa, akkreditivlərimiz Sizin üçün beynəlxalq hesablaşmaların ən təhlükəsiz və təminatlı formasıdır.
Akkreditiv Sizin Banka verdiyiniz tapşırığa əsasən müqavilə üzrə Sizin kontragentinizin xeyrinə açılır. Bu halda, bankımız Siz və tərəfdaşınız arasında vasitəçi kimi çıxış edir.
Ödəniş yalnız satıcı tərəfindən banka malın/xidmətin göndərilməsi/göstərilməsini təsdiq edən sənədlərin təqdim olunmasından sonra həyata keçirilir.
Akkreditivlərin üstünlükləri
Satıcı üçün:
- Əgər Satıcı akkreditivin bütün şərtlərini yerinə yetirərsə, alıcılardan asılı olmayaraq, ixrac pulunu alacağına əminlik;
- Mal yüklənib göndərildikdən sonra onun haqqının etibarlı şəkildə və tez bir zamanda alınması (mallar yükləndiyi və sənədlər Banka təqdim olunduğu halda);
- Akkreditiv təsdiqlənərsə satıcı üçün əlavə olaraq vəsaitin alınması ilə bağlı risklərin sığortalanması;
- Alıcı satıcıdan möhlətli ödəniş istədikdə, bankın akkreditivin sonradan maliyyələşdirilməsi xidməti ilə satıcının vəsaiti vaxtında alması.
Alıcı üçün:
- Malların göndərilməsinə dair müqavilənin şərtlərini yerinə yetirməyincə, Satıcı pulunu almayacağına təminat;
- Akkreditivin maliyyələşdirmə vasitəsi və maliyyələşdirmənin təminatı kimi istifadə etmə imkanı;
- Satıcının istəkləri və inamı təmin olduqda, alıcının ehtiyyacı olan malların gecikmədən alınması;
- Alıcı satıcıdan möhlətli ödəniş istədikdə bankın vəsaiti satıcıya ödəməsi, alıcıya isə müvafiq möhlət verilməsi.
Növlər
ABB Sizə aşağıdakı akkreditiv növlərini təqdim edir:
- Ləğv edilməz akkreditiv
- “Stand-by” akkreditivi
- Təsdiqlənmiş akkreditiv
- Təsdiq olunmamış akkreditiv
- Köçürülə bilən akkreditiv
- “Back-to-back” akkreditivi
- Sonradan maliyyələşdirilən akkreditiv
Xidmətlər
ABB Sizə akkreditivlər üzrə aşağıdakı xidmətləri təklif edir:
- Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması;
- Sənədli akkreditivlərlə iş zamanı məsləhət xidmətlərinin göstәrilmәsi;
- Yüksək reytinqli müxbir banklar tərəfindən akkreditivlərin təsdiq edilməsi;
- Müştərilərin öz vəsaitləri hesabına idxal akkreditivlərinin açılması;
- ABB-nin kredit xətti hesabına idxal akkreditivlərinin açılması;
- ABB-nin kredit xətti hesabına möhlətli idxal akkreditivlərinin açılması;
- Digər banklar tərəfindən açılmış akkreditivlərin təsdiqlənməsi;
- ABB-nin və digər maliyyə institutlarının vəsaiti hesabına Akkreditivlərin sonradan maliyyələşdirilməsi.