Kartların ödənişə qəbulu

Üstünlüklər

Şirkətinizin satış həcmlərini artırmaq, əməliyyat xərclərinizi azaltmaq və müştərilərə xidmət keyfiyyətini yüksəltmək istəyirsinizsə, kartların ödənişə qəbulunu təşkil etmək üçün bizə müraciət edin! Kartların ödənişə qəbulu Sizin imkanlarınızı genişləndirir:

Satış həcmini artırır

Kart sahibi həm kartındakı öz vəsaiti, həm də kredit limitindən və ya hissə-hissə ödəniş imkanından istifadə edərək alış-veriş edə bilər. Beləliklə, Siz dә satışlarınızı artırmaq imkanını əldə edirsiniz.

Xərcləri azaldır

Nağd pulun saxlanması, sayılması, banka təhvil verilməsi vә sair kimi vaxt aparan əməliyyatların aparılması ilə bağlı risklər Sizin üçün minimuma enir.

Müştərilərə xidmət keyfiyyətini yüksəldir

Kart ilə alış-veriş etmək çox asan və rahat olduğu üçün, gündən-günə daha da çox müştəri kart ödənişlərinə üstünlük verirlər.  Bu səbəbdən, müəssisənizdə kartların ödənişə qəbulu müasir və müştərilərin rahatlığına dəyər verən bir şirkət olduğunuzu göstərəcək.

Qoşulma

Xidmətə qoşulmaq bu qədər asandır:

  • Xidmət olduğunuz filiala/şöbəyə müraciət edin;
  • Ərizə formasını doldurub onu və müqaviləni imzalayın;
  • Əməkdaşlarımız әn qısa zamanda müəssisənizdə POS-terminal quraşdırıb işçiləriniz üçün təlim keçirəcəklər.

Tariflər

Kart qəbulu üzrə komisyon haqqı (AMEX və DC/Discovery kartları istisna olmaqla)

"Azərikard" MMC  prosessinq şirkəti daxilində buraxılmış kartlar

Digər kartlar

Yanacaq

0.9%

0.9%

Gecə klubu/Səyahət şirkəti

1%

2.5%

Mehmanxana xidmətləri/Mənzil icarəsi/Biznes aviasiya şirkətləri

2.5%

2.5%

Digər

1.65%

1.65%

ABB ilə "POS-share" müqaviləsi çərçivəsində digər bankların müştərilərindən tutulan ABB-nin komisyon haqqı

-

2.2%

 

AMEX və DC/Discovery kartlarının qəbulu üzrə komisyon haqqı (AMEX tərəfindən güzəşt olan şirkətlərə xüsusi tariflər tətbiq olunur)

Yanacaq, dəmir yolu, nəqliyyat və səyahət şirkətləri

3%

Avtomobil icarəsi, taksi və yerli aviasiya şirkətləri

3.5%

Otel, mənzil icarəsi, restoran, yeməkxana, topdan və pərakəndə şirkətləri

4%

Təhsil, idman və sağlamlıq, rabitə şirkətləri

4.5%

Gecə klubları

5%

İstifadə qaydaları

Müəssisənizdə kartları ödənişə qəbul etmək üçün İstifadə Qaydaları ilə tanış olun:

POS-terminaldan İstifadə Qaydaları

ABB Mobile
YÜKLƏ