ABB-də olan şirkətinizin və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - bankdaxili köçürmədir.
Köçürmələr həm milli, həm də xarici valyutada aparılır.
Şərtlər
Bankdaxili köçürməni aparmaq üçün xidmət olunduğunuz filial/şöbəyə 2 nüsxədə ödəniş tapşırığını təqdim etmək tələb olunur.
Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:
- Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi;
- Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa);
- Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni);
- Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası;
- Köçürmənin təyinatı;
- İmzalar;
- Möhür.