Bank qarantiyası
Bank qarantiyası – Prinsipal (Alıcı / Debitor/ Satınalan təşkilat) öhdəliklərini uyğun qaydada Benefisiar (Satıcıya / Kreditora / Podraçıya) qarşısında müqavilə üzrə yerinə yetirmədikdə, Bankın (Qarantın) Benefisiar qarşısında, sonuncunun yazılı tələbinin və qarantiya şərtlərində göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
Qarantiya ödəniş aləti deyil və qarantiya üzrə ödəniş Prinsipalın öhdəliklərini yerinə yetirmədikdə tələb əsasında Bank tərəfindən aparılır.
Bank tərəfindən təqdim edilən qarantiya növləri:
- Tender qarantiyası (Tender/Bond guarantee) - Sifarisçinin (Benefisiarın) elan etdiyi tender, kotirovka və ya müsabiqəsində iştirak etmək Prinsipalın tapşırığı əsasında Qarant tərəfindən verilən qarantiyadır;
- İcra qarantiyası (Performance guarantee) - Sifarisçinin (Benefisiarın) qarşısında müqavilə üzrə müəyyən olunmuş işlərin və ya xidmətlərin Podratçı (Prinsipal) tərəfindən vaxtında yerinə yetirilməsinin təminatıdır;
- Əvvəlcədən ödənişin geri qaytarılması qarantiyası (Advance payment guarantee) - Bu zəmanət növü müqavilənin şərtlərinə əsasən avans ödənişi həyata keçirildikdə, lakin Satıcının öhdəliklərini icra etmədiyi hallarda avans ödənişinin geri qaytarılması üçün təminatdır;
- Ödəniş qarantiyası(Payment guarantee) - Alıcı Satıcının qarşısında ödənişin vaxtında təmin etməyi barədə Qarant tərəfindən verilən öhdəlikdir. Müqavilənin şərtlərinə əsasən Ödəniş qarantiyası təqdin olunduqda Satıcı tərəfindən göndərilən malın daxili və ya xarici bazarda Alıcı tərəfindən reallaşdırdıqdan sonra və ya müəyyən müddətdən sonra Satıcıya ödəmək üstünlükləri verir;
- Keyfiyyət qarantiyası(Warranty guarantee) - Təchizatın/görülən işin keyfiyyətinin müqavilə şərtlərinə uyğun olması üçün təminat;
- Gömrük qarantiyası(Customs guarantee) - Gömrük orqanları qarşısında mövcud və ya yaranabiləcək gömrük borclarının ödəməsı barədə verilən bank qarantiyasıdır .Əksər hallarda malların təkrar ixracı, aksiz markalı malların idxalı və ixracı, avadanlığın təkrar ixracı və ya gömrük anbarlarından istifadə zamanı istifadə olunan tənimat;
- Əmlak qarantiyası (Property guarantee) - Əmlak Alıcısı tərəfindən MTK-nın xeyrinə ödədiyi ilkin ödənişlərin sığortalaması məqsədi ilə verilələn qarantiya.
ABB ASC yuxarıda sadalanan qarantiya növlərindən savayı digər qarantiyaları da təqdim edə bilər.
Bank qarantiyası xidmətləri
ABB ASC Sizə qarantiyalar üzrə aşağıdakı xidmətləri göstərir:
- Qarantiyaların verilməsi, təsdiqi və avizo edilməsi;
- Qarantiyalarla iş zamanı konsultasiya xidmətlərin göstərilməsi;
- 1-ci dərəcəli müxbir banklar tərəfindən qarantiyaların təsdiq edilməsi;
- Müştərilərin öz vəsaitləri və ya Bank vəsaiti hesabına qarantiyaların verilməsi;
- Risklər nəzərə alınaraq, bir valyutada olan vəsaitin təcrid olunaraq qarantiyanın başqa valyutada açılması imkanı;
- Digər banklar tərəfindən təqdim olunan qarantiyaların ABB tərəfindən təsdiq olunması;
- Qarantiya məlumatlarının SWIFT vasitəsilə ötürülməsi və s.