Şərtlər
Bu kart Sizin məqsədinizdən asılı olaraq 2 formada buraxıla bilər:
- Biznes kart: əməkdaşlarınız üçün sifariş edilən kartdır. Həmin kart əməkdaş tərəfindən iş ilə bağlı xərclərin (ezamiyyət, nümayəndəlik, nəqliyyat və s.) ödənilməsi üçün istifadə olunur.
- Korporativ kart: şirkətinizə aid olan xərclərin (xidmət haqlarının ödənilməsi, mal-materialların alınması və s.) ödənilməsi üçün istifadə olunur.
Kartların üzərində şirkətin adı göstərilir.
Kartlar həm debet, həm də kredit rejimində işləyə bilər.
Biznes/korporativ kartları vasitəsilə həm nağd pul çıxarmaq, həm online ödənişlər aparmaq, həm də dünyanın istənilən nöqtəsində nağdsız ödəniş etmək mümkündür.