Şərtlər
Xarici bankda olan şirkətinizin və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - xaricə köçürmədir.
Köçürmələr xarici valyutada aparılır (USD, EUR, GBP, RUR, CHF, CAD, AUD və s).
Köçürmənin maksimal məbləği - məhdudiyyətsiz, lakin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq müəyyən edilir.
Köçürmə 3 iş günü ərzində alan şəxsə çatır.
Xaricə köçürməni aparmaq üçün xidmət olunduğunuz filiala/şöbəyə 2 nüsxədə ödəniş tapşırığını təqdim edin.
Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:
- Köçürmə tarixi;
- Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz);
- Sizin bankınızın adı;
- Vasitəçi bank mövcud olduğu halda (onun adı və/və ya S.W.I.F.T BİK kodu göstərilir);
- Alan bankın rekvizitləri (Bankın adı, SWIFT kodu, ölkəsi, şəhəri, filialı);
- Alan müştərinin adı (müştərinin adı, VÖEN-ni, ünvanı);
- Alan müştərinin hesab nömrəsi;
- Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası;
- Köçürmənin təyinatı;
- Bank üçün əlavə məlumat;
- İmza;
- Möhür.