Ölkədaxili köçürmələr
Geri qayıtmaq

Ölkədaxili köçürmələr

Şərtlər

Ölkənin hər hansı bir bankda olan şirkətinizin və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu  - ölkədaxili köçürmədir.

Köçürmələr yalnız milli valyutada aparılır.

Köçürmələr AZİPS və ya XÖHKS sistemi vasitəsilə aparıla bilər.

XÖHKS sistemi:

  • Köçürmənin maksimal məbləği 40 000 manatadək (büdcəyə ödənişlər istisna olmaqla) ola bilər.
  • Köçürmə 2 iş günü ərzində alan şəxsə çatır.

AZİPS sistemi:

  • Köçürmənin maksimal məbləği məhdudiyyətsizdir.
  • Köçürmə cari iş gününün saat 16:30-dək qəbul olunduğu halda həmin günün tarixi ilə icra olunur. Köçürmə cari iş gününün saat 16:30-dan sonra qəbul olunduğu halda, növbəti iş gününün tarixi ilə icra olunur.

Ölkədaxili köçürməni aparmaq üçün xidmət olunduğunuz filial/şöbəyə 2 nüsxədə ödəniş tapşırığını təqdim edin.

Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi;
  • Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa);
  • Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i );
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni);
  • Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i );
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası;
  • Köçürmənin təyinatı;
  • İmzalar;
  • Möhür.

Tariflər

Respublikadaxili köçürmələr

XÖHKS vasitəsilə 0.1% (min. 1 AZN -
maks. 50 AZN)
-
AZİPS vasitəsilə 0.15% (min. 3 AZN -
maks. 100 AZN)
-
Respublikadaxili valyuta köçürməsi - 0.1% (min. 1 USD ekv. -
maks. 50 USD ekv.)
İcra edilmiş köçürmənin araşdırılması 10 AZN 10 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi 5 AZN  5 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi  5 AZN  5 USD ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması  5 AZN  5 USD ekv.
ABB Mobile
YÜKLƏ