ABB Link
Geri qayıtmaq

ABB Link

ABB özünün innovativ xidmətlərindən olan ABB Linki müştərilərinə və tərəfdaşlarına təqdim edir.

ABB Link nədir:

ABB Link onlayn satışlar zamanı həm ticarət və xidmət məkanlarının, həm də müştərilərin işini asanlaşdıran, onlara ödənişlərini onlayn qaydada həyata keçirməyə kömək göstərən virtual POS terminaldır.

Hansı faydaları var:

Bu xidmət müştəriyə ABB-nin tərəfdaşları olan satış və xidmət məkanlarından istədiyi məhsul və xidməti onlayn sifariş vermək və ödənişi ABB Link üzərindən həyata keçirmək imkanı verir. Belə ki, müştəri onlayn sifarişini həyata keçirdikdən sonra saytdakı ABB Link bölməsinə daxil olaraq ödənişi kartla aparır. Yaxud ödənişin linkini müştəriyə satıcı özü də göndərə bilər. Linki bütün kommunikasiya kanalları, o cümlədən, WhatsApp, SMS, elektron məktub və s. vasitəsilə göndərmək mümkündür. Müştəri ödənişi həyata keçirərkən mağazaya bu barədə anında məlumat daxil olur.

Necə qoşulmaq olar:

24/7 rejimində çalışan ABB Link-ə istənilən zaman qoşulmaq olar. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. ABB Linkdən bütün satış və xidmət məntəqələri faydalana bilər.

Xidmət haqqı varmı:

Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı tələb olunmur.

Hansı məhsul və xidmətlərin dəyərinin onlayn ödənişində xüsusilə effektivdir:

  • Daxili kreditlərin (elektronika cihazları, mebel, ehtiyat hissələri və s.) aylıq ödənişi;
  • Təhsil ödənişləri;
  • Qida çatdırılması
  • Restoranlarda erkən rezervasiya;
  • Gözəllik və sağlamlıq mərkəzlərində erkən rezervasiya;
  • Hədiyyə və gül sifarişləri;
  • Su və su filtri satışı;
  • Bütün digər satış/xidmətlər.

Qoşulmaq üçün: www.abblink.az

ABB Mobile
YÜKLƏ