Elektron ticarət
Geri qayıtmaq

Elektron ticarət

Üstünlüklər

Elektron ticarətlə məşğulsunuzsa, online mağazanızda kartların ödənişə qəbulunu təşkil etmək və beləliklə müştərilərinizə yüksək səviyyədə xidmət göstərmək üçün bizə müraciət edin! Kartların ödənişə qəbulu Sizin biznesinizin imkanlarını genişləndirir:

Satış həcmini artırır

Kart sahibi həm kartındakı öz vəsaiti, həm də kredit limitindən və ya hissə-hissə ödəniş imkanından istifadə edərək alış-veriş edə bilər. Beləliklə, Siz dә satışlarınızı artırmaq imkanını əldə edirsiniz.

Xərcləri azaldır

Nağd pulun saxlanması, sayılması, banka təhvil verilməsi vә sair kimi vaxt aparan əməliyyatların aparılması ilə bağlı risklər Sizin üçün minimuma enir. Pulun xırdalanması vә sair problemlərlə qarşılaşmayacaqsınız.

Müştərilərə xidmət keyfiyyətini artırır

Kart ilə alış-veriş etmək müştərilər üçün çoix rahatdır. Bu səbəbdən, müəssisəniz kart qəbul edirsə, bu müştəri baxımından Sizin imiciniz üçün çox önəmlidir.

Müştəri sayını artırır

Saytınızda kartla ödəniş mümkün olduğu halda, Siz təkcə yerli deyil, həm də xaricdə yaşayan müştəriləri cəlb edə bilərsiniz.

Şərtlər

Hansı kartlar ödənişə qəbul olunur?

  • VISA International, MasterCard International və American Express beynəlxalq ödəmə sistemlərinin kartları;
  • AzəriKard şirkəti tərəfindən xidmət olunan bütün bankların kartları.

Elektron ticarət nə dərəcədə təhlükəsizdir?

  • Sizin web səhifənizdə kartların ödənişə qəbulu zamanı 3D Secure protokolu tətbiq olunur, bu da Sizi dələduzluq əməliyyatlarından qoruyacaq.
ABB Mobile
YÜKLƏ