Mastercard Standard PayPass Salary Card - ABB KOB əməkhaqqı kartı

Mastercard Standard PayPass Salary

İşçiləriniz üçün münasib Mastercard əməkhaqqı kartı

Şərtlər və İmkanlar

Əməkhaqqı kartı nədir?

Əməkhaqqı kartı əməkdaşınızın adına açılan bank kartıdır. İşçiyə ödəniləcək əməkhaqqı, mükafat, məzuniyyət, ezamiyyə ödənişləri və s. şirkətinizin hesabından bu karta köçürüləcək.

Əməkhaqqı kartı öz sahiblərinə fərdi kartların təqdim etdiyi bütün imkanları verir: nağd vəsaitin çıxarılması, alış-verişlərin nağdsız ödənilməsi, xidmət haqlarının ödənilməsi və s.

Əməkhaqqı kartlarının illik xidmət haqqı və bankomatlar vasitəsi ilə vəsaitlərin nağdlaşdırılmasına görə komisyon haqqı şirkətiniz tərəfindən ödənilir.

Üstünlüklər

Şirkətiniz üçün üstünlüklər:

  • Nağd pul vəsaitlərin daşınmasına, hesablanmasına, qorunmasına və işçilərə verilməsinə sərf edilən vaxtın və xərclərin azalması;
  • Vəsaitin əməkhaqqı kartlarına sürətli şəkildə köçürülməsi;
  • İşçilərin əməkhaqları barədə məlumatların məxfiliyinin təmin olunması.

Əməkdaşlarınız üçün üstünlüklər:

  • Heç bir əlavə xərc çəkmədən beynəlxalq ödəniş kartını əldə edirlər;
  • 24/7 rejimində bankomat şəbəkəsi ilə pulsuz nağd vəsait çıxarışı, nağdsız və online alış-veriş imkanı;
  • Səyahət zamanı rahatlıqla istənilən bankomatdan vəsait çıxarışı və nağdsız ödənişlər;
  • Elektron bankçılıq xidmətlərimizdən və 24/7 rejimində işləyən kanallardan istifadə;
  • Sərfəli şərtlərlə nağd kredit və kart üzrə kredit limiti əldə etmək imkanı;
  • Google Pay və Apple Pay ödəniş platformalarına inteqrasiya.

Tariflər

Müddət Xidmət haqqı
1 illik 10 AZN
2 illik 20 AZN
3 illik 30 AZN

ABB Mobile
YÜKLƏ