Ипотека

Каждый клиент Банка АВВ может стать обладателем недвижимости. Ипотечные кредиты учитывают все ваши пожелания, рассчитаны на ваш бюджет и доступны на продленных условиях.

Часто задаваемые вопросы

İpoteka krediti nədir?

İpoteka krediti –  daşınmaz əmlakın banka zəmanət olaraq qoyularaq götürülən kredit növüdür. Bu zaman ev, mənzil və ya torpaq zəmanət olaraq qoyulan daşınmaz əmlak qismində çıxış edir. İpoteka krediti əldə edərkən, qiymətin bir hissəsi ilkin ödəniş olaraq ödənir, qalan hissəsi isə bank tərəfindən təqdim olunur.

İpoteka kreditinə kimlər müraciət edə bilər?

İpoteka kreditinə müraciət etmək istəyənlərüçün tələblər aşağıdakı kimidir:

·        Azərbaycan Respublikasının vətəndaşı olmalı;

·        Yaş həddi: minimum 20 yaş, kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maksimum 65 yaş;

·        Aktiv və bağlı kreditlərdə son 12 ayda 60 gündən yuxarı gecikməsi olmamalı;

·        İş stajı: sonuncu iş yeri üzrə minimum 6 ay.

İpoteka kreditinin hansı növləri var?

Hal-hazırda vətəndaşlar ABB-də aşağıdakı ipoteka növləri üçün müraciət edə bilərlər:

·       Daxili ipoteka;

·       Mənzil ipotekası;

·       Tikinti krediti;

·       Torpaq krediti;

·      Əmanətli ipoteka krediti;

·      Daşınmaz əmlak ilə təmin olunmuş kredit;

·        Adi və güzəştli şərtlərlə dövlət ipotekası;

·        MİDA güzəştli ipoteka krediti

İpoteka krediti üçün maksimal məbləğ nə qədərdir?

İpoteka krediti üçün maksimal məbləğ:

  • Daxili ipoteka kreditində 500 000 AZN
  • Torpaq kreditində 150 000 AZN
  • Tikinit kreditində 200 000 AZN
  • Mənzil kreditində 300 000 AZN
  • Dövlət ipoteka kreditində 150 000 AZN təyin olunmuşdur.

·

İpoteka kreditinə müraciət üçün hansı sənədlər tələb olunur?

İpoteka kreditinə ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış tələb olunur.

İpoteka kreditinə necə müraciət edə bilərəm?

ABB-də ipoteka kreditinə onlayn olaraq və ya aşağıdakı filiallara yaxınlaşaraq müraciət edə bilərsiniz:

·        Səbail filialı

·        Gənclik filialı

·        MXD filialı

·        Yasamal filialı

·        Sabunçu filialı

·        Mərkəz filialı

·        Əcəmi filialı

·        Nəsimi filialı

·        Nizami filialı

·        Xətai filialı

·        Sumqayıt filialı

ABB Mobile
YÜKLƏ