Назад

Kiçik sahibkarların işini asanlaşdıran ABB Biz mobil tətbiqi artıq istifadənizdə!

ABB Biz

ABB Biz mobil tətbiqi işinizin daha səmərəli və asan idarəedilməsi üçün çoxfunksiyalı həllər təklif edir:

🏦 Gündəlik bankçılıq əməliyyatları:

  • Onlayn qeydiyyat: fərdi sahibkarlar filiala getmədən tətbiq vasitəsilə qeydiyyatdan keçə bilərlər;
  • Onlayn hesab açmaq: hesabınızı onlayn, tez və rahat aça bilərsiniz;
  • Onlayn debet kart sifarişi: ƏDV ödəyicisi olmayan fərdi sahibkarlar debet kart sifariş edə və rəqəmsal olaraq dərhal istifadə edə bilərlər;
  • Apple Pay və Google Pay: Sahibkart-ınız fiziki olaraq üzərinizdə olmasa belə Apple Pay və Google Pay mobil pulqablarına əlavə edərək ödənişlər edə və NFC dəstəkli ATM-lərdən vəsait nağdlaşdıra bilərsiniz;
  • Köçürmələr: öz hesablarınız arasında, bankdaxili və ya ölkədaxili köçürmələr edə bilərsiniz;
  • HÖP ödənişləri: büdcə, kommunal və telekom ödənişlərini həyata keçirə bilərsiniz;
  • Son əməliyyatları onlayn izləmə: mobil tətbiq vasitəsilə həyata keçirilən bütün əməliyyatları dərhal onlayn izləyə bilərsiniz.

📲 Kiçik biznes sahibləri üçün mobil POS və QR ödənişləri:

  • Mobil POS: ABB Biz vasitəsilə onlayn olaraq depozitsiz mobil POS sifariş edib müqaviləni rəqəmsal qaydada imzalaya bilərsiniz;
  • QR kod: ABB Biz vasitəsilə onlayn olaraq AniPay ödənişlər sistemi ilə işləyən QR kod sifariş edə bilərsiniz;
    • Dinamik QR: satış məntəqəsində ABB Biz tətbiqi üzərindən məbləği qeyd edərək QR kod yaratmaqla ödənişin qəbulu
    • Statik QR: statik QR kod oxudularaq hesab nömrənizə müştəri tərəfindən qeyd olunan məbləğlərin qəbulu

💳 Müştərilərə onlayn biznes kredit məhsulu:

  • Kredit müraciətləri: ABB Biz mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra sadələşdirilmiş proseslə kredit müraciətlərini başlada və qısa zamanda kredit əldə edə bilərsiniz;

💼E-mühasibim vergi xidmətləri:

  • E-mühasibim məhsulu ilə ABB Biz üzərindən sadələşdirilmiş vergi bəyannaməsinin formalaşdırılması və avtomatik hesablanmış vergi məbləğinin ödənilməsi mümkündür. Xidmətə qoşulma ödənişsizdir.

🎧 Müştəri təmsilçiliyi xidməti:

  • ABB Biz mobil tətbiqində qeydiyyatdan keçən sahibkarlar öz fərdi onlayn müştəri təmsilçisi vasitəsilə operativ və daha keyfiyyətli xidmətlərdən istifadə edə bilərlər.

Bu tətbiq biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaları bir araya gətirərək işinizi asanlaşdırır və vaxta qənaət edir.

📱 ABB Biz mobil tətbiqini indi yükləyin, daha səmərəli və uğurlu biznesə ilk addımınızı atın!


Tətbiqi yükləyin

ABB Mobile
YÜKLƏ