Mənzil krediti yeni tikilən yaşayış komplekslərində çıxarışsız mənzillərin satın alınması üçün nəzərdə tutulmuş ipoteka kreditidir. 300 000 manatadək ipoteka krediti 20 ilədək müddətdə illik faiz dərəcəsi minimum 6% olmaqla verilir.
*şərtlər partnyor şirkətə görə dəyişə bilər
Hər kəs faydalana bilər.
Maksimal məbləğ |
300 000 AZN |
Müddət |
20 ilədək |
İllik faiz dərəcəsi |
6%-10% |
İlkin ödəniş |
10% |
Təminat |
Alınan əmlakın girovu ilə |
Ödəniş növü |
Aylıq annuitet |
Komissiya haqqı |
1% |
Gecikməyə görə cərimə |
Cərimə hesablanmır |
Qeyd: Mənzil krediti Səbail, MXD, Sumqayıt, Nərimanov və Binəqədi filiallarında verilir.
ABB-nin birgə əməkdaşlıq etdiyi tikinti şirkətlərinin inşa etdiyi binalardan mənzil almaq istəyən müştərilərə təklif edilən ipoteka məhsulu.
Sığorta xərclərinin olmaması (əmlak və həyat sığortası yoxdur).
Müştərinin gəlirinə qarşı tələbin olmaması.
ABB-nin əməkdaşlıq etdiyi tikinti şirkətlərinin inşa etdiyi binalardan mənzil sahibi ola bilərsiniz.
Kristal Abşeron, Xəzər İnşaat, XXI ƏSR, Melissa Group, Sea Breeze (Nardaran), Xalq City, AS tikinti, Grand Hayat, Avant Park, Baku Pearly Residence,
28 Residence, “Fatimə B” MMC - Lake Park, Renessans palace , Malibo Residence, Koroglu Residence
Məhsul şərtlərinə əsasən 1 müştəri maks. 2 paralel mənzil krediti əldə edə bilər. İki kreditin cəmi məbləği 300 000 AZN-dən yuxarı olmamalıdır.
Sea Breeze (Nardaran) yaşayış kompleksində villaların satışı mövcuddur. Həmin yaşayış kompleksindən villa ala bilərsiniz.
Mənzil kreditini Səbail, MXD, Sumqayıt, Nərimanov və Binəqədi filiallarından əldə edə bilərsiniz.
Məbləğ – 300 000 AZN, Müddət – 240 ay, Faiz – 6%-10%
Minimal ilkin ödəniş tələbi 10%-dir. Tikinti şirkətlərinin tətbiq etdiyi şərtlərdən asılı olaraq ilkin ödəniş məbləği dəyişə bilər.
Müştərinin gəlirlərinə qarşı tələb yoxdur.
Zaminlik tələbi yoxdur.
Mənzil kreditlərində müştərinin gəlirlərinə qarşı tələb yoxdur.
Mənzil kreditlərinin verilməsi zamanı müştərinin xərcləri nəzərə alınmır.
Mənzil kreditlərini əldə etmək üçün zaminə ehtiyac yoxdur, alınan mənzil çıxarışsız olduğu üçün həmin mənzilə çıxarış alındıqdan sonra mənzil bankın xeyrinə yüklü ediləcəkdir.
Yoxdur.