Tikinti krediti

Tikinti krediti Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çıxarışı olan torpaq sahəsində tikintisi üçün maksimal məbləğ 200 000 AZN-dək olan fərdi yaşayış evinin inşasını tikintisini maliyyələşdirən daxili ipoteka növüdür. Tikinti kreditinə müraciət etmək üçün əlavə daşınmaz əmlak və eyni zamanda üzərində tikinti aparılacaq torpaq sahəsi girov qoyulmalıdır.

Kimlər faydalana bilər ?

Müştəriyə tələblər

Şərtlər

Maksimal məbləğ

200 000 AZN

Müddət

15 ilədək

İllik faiz dərəcəsi

min. 9%

Minimal ilkin ödəniş

Tikinti üçün müəyyən edilmiş cəmi xərclərin min. 20%-i 

Təminat

  1. Əlavə daşınmaz əmlakın girovu ilə (Təminatın bazar dəyərinin kreditin məbləğinə olan nisbəti minimum 120% təşkil etməlidir.)
  2. Üzərində tikinti aparılacaq torpaq sahəsinin girovu ilə

Qeyd:

1-ci təminat üzrə təminatın bazar dəyərinin kreditin məbləğinə olan nisbəti minimum 150% təşkil etdikdə torpaq sahəsinin girov götürülməsi mütləq deyil.

Ödəniş növü

Aylıq annuitet

Komissiya haqqı

1%

Borcun gəlirə nisbəti

70% (digər öhdəliklər nəzərə alınmaqla)

Qeyd: Tikinti krediti Səbail, MXD, Sumqayıt, Nərimanov və Binəqədi filiallarında verilir.

Tez-tez verilən suallar

Tikinti krediti haqqında

  • Tikinti krediti hansı imkanları yaradır?

Torpaq sahəsi olan müştərilər ABB-nin tikinti krediti ilə fərdi yaşayış evlərini istədikləri tərzdə tikdirə bilərlər.

  • Tikinti kreditindən kimlər faydalana bilər?

Yaşı 20-65 aralığında olan, rəsmi gəlirə malik hər bir Azərbaycan vətəndaşı bu məhsuldan faydalana bilər.

  • Tikinti kreditini hansı filiallardan əldə etmək olar?

Tikinti kreditini Səbail, MXD, Sumqayıt, Nərimanov və Binəqədi filiallarından əldə edə bilərsiniz.

Tikinti krediti əldə etmək üçün tələblər

  • Girov tələbi varmı?

Bəli var. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən mənzil, yaxud fərdi yaşayış evi girov qoyula bilər.

  • Krediti necə əldə etmək olar?

Evinizi tikəcək tikinti şirkətini təyin etdikdən sonra tələb olunan sənədlərlə birlikdə ABB-nin filiallarına yaxınlaşıb tikinti krediti ala bilərsiniz.

  • Hansı sənədlər tələb olunur?

Girov qismində çıxış edən əmlakın sənədləri və müştərinin gəlirləri barədə sənədlər təqdim olunmalıdır.

Müraciət etmək

Əmək haqqı, ya da pensiyanızı ABB-dən alırsınız?
Əmək haqqı, ya da pensiyanızı ABB-dən alırsınız?
Qaydalar
ABB Mobile
YÜKLƏ