Geri qayıtmaq

Hər kəs üçün TamKart!

18.11.2020

ABB TamKart sahibi olmaq istəyən bütün müştərilərə bu imkanı yaradıb. İndi rəsmi iş yeri olan hər kəs Bankdan TamKart əldə edə bilər. Artıq müştərinin əmək haqqı kartının ABB-dən olub-olmaması fərq etmir.

TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Onun müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək keşbek müştərinin kart hesabına geri qayıdır.

TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir.  Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.

Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar.  

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Sifariş et

ABB Mobile
YÜKLƏ