ABB-də karyera qurmağın üstünlükləri
Bank strateji məqsədlərə nail olmaq üçün öz işçi heyətini gələcək uğurlarını təmin edən intellektual kapital kimi qiymətləndirir. İnsan resurslarının idarə edilməsi üzrə ən mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan forma və metodların tətbiqini prioritet hesab edir.
İşçinin əməyinin onun qabiliyyət və bacarıqlarına, nailiyyətlərinə, peşəkarlıq səviyyəsinə uyğun qiymətləndirilməsinə diqqət yönəldiir. Bankda müvafiq motivasiya sistemləri tətbiq olunur. Karyeranın planlaşdırılması, korporativ münasibətlərin inkişafı, innovativ fəaliyyətin dəstəklənməsi istiqamətində addımlar atılır. Hər kəsə bərabər imkanlar mühiti yaradılır.
İşə qəbul
ABB-də mövcud vakant vəzifələrə işçilərin qəbulu müsabiqə yolu ilə aparılır. Bankda vakant vəzifə yarandıqda ona dair elan Bankın İnternet səhifəsinin İnsan resursları bölümündə və həmçinin, mətbuatda dərc olunur. Müsabiqə şərtləri göstərilir. İddiaçılar tərəfindən təqdim olunacaq sənədlərin siyahısı açıqlanır.
Bankın İnsan resurslarının idarə edilməsi departamentinə daxil olan hər bir ərizə forması (anket) vakant vəzifəyə dair tələb olunan meyarlar əsasında ətraflı təhlil edilir. Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər bir neçə mərhələdən ibarət müsahibələrə dəvət olunur.
CV formasını rahatlıqla yükləyin, bütün məlumatları dolğun əks etdirin və cv@abb-bank.az mailinə göndərin!