ABB Biz tətbiqində qeydiyyatdan keçən hər bir sahibkar üçün fərdi onlayn müştəri təmsilçisi təyin olunur. Müştərilər iş saatlarında “Zəng et” funksiyası ilə əlaqə saxlayaraq xidmətlərdən operativ yararlana bilərlər.
Bundan başqa, sualların operativ cavablandırılması və anında dəstək üçün sahibkarlara özəl *3700 qısa nömrəsi fərdi müştəri təmsilçisinə zəng etməyə imkan verir.
Tətbiq məhsullardan istifadədə dəstək, texniki çətinliklər və digər məsələlərdə sürətli həll təklif edərək biznesinizi daha asan və effektiv idarə etməyə imkan verir.