Geri qayıtmaq

ABB Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürdü

30.09.2020

İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə  ABB Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Xatırladaq ki, ABB korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.

Bundan başqa, Bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq ABB korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.

ABB Mobile
YÜKLƏ