e-PIN, ABB-dən kart əldə edərkən PİN kodun banka məxsus ATM-lər və ya bankın rəsmi veb səhifəsindən təyin edilməsi xidmətidir. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə sizin vaxtınıza qənaət etməklə bərabər, PİN kodunuzun sonradan unudulması hallarını da aradan qaldırır.
Xidmətdən sayt üzərindən bu link vasitəsilə istifadə edə bilərsiniz: https://reg.azericard.com/pindelivery/
Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.