Geri qayıtmaq

Qarabağ Dirçəliş Fondu

dirchelish fondu, dircelis fondu, dirçəliş fondu

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. 

Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun məqsədlərinə daxildir.

Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Siz hüquqi və fiziki şəxs olaraq filial və şöbələrimizdən  bu rekvizitlərlə, yaxud ABB Mobile tətbiqimizdən, eləcə də bu saytdan onlayn qaydada Fonda könüllü köçürmələr edə bilərsiniz.

Köçürmə et

ABB Mobile
YÜKLƏ