Geri qayıtmaq

ABB “5 Ulduzlu yay krediti” kampaniyasına start verdi!

ABB yeni yay kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt qazanacaqlar. Belə ki, digər banklardakı aktiv krediti bağlayaraq ABB-dən kredit əldə edən müştərilər faiz dərəcəsində 4%-dək güzəşt əldə edə bilərlər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsindən əlavə 1% güzəşt ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.

Onlayn sifariş edin

Kreditin şərtləri:

Məbləğ – 40 000 manatadək

Müddət – 60 ayadək

Komissiya – 0%

Sığorta haqqı – 0%

Minimal illik faiz dərəcəsi – 10.9%

Zaminsiz

📅 Kampaniya 03 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB mobile tətbiqindən, bankın saytından, ABB-nin istənilən filialından almaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial medya səhifələrindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ