Geri qayıtmaq

TamKartla al, 24 ay taksitlə ödə!

29.07.2021

ABB TamKart sahiblərinə gözəl bir imkan yaradıb. İndi daha çox tərəfdaş məkanlarda alış-veriş zamanı ödənişləri TamKart kredit kartı ilə 24 ay taksitədək aparmaq olar.

TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Müştərilər üçün onun əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır.

TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir.  Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir. Partnyor siyahısı ilə buradan tanış olmaq mümkündür.

Bu kartlarla debit hissəsindən nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Visa Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də pulsuz faydalanmaq mümkündür. ABB-nin kart məhsulları haqqında daha ətraflı məlumatları buradan əldə edə və kartı onlayn sifariş verə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ