Geri qayıtmaq

SİMA indi ABB mobile-da!

16.12.2022

Müştərilərin işini daha da rahatlaşdırmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə ABB tərəfdaşlarla inteqrasiya proseslərini davam etdirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzadan artıq ABB mobile tətbiqində də istifadə etmək mümkündür. SİMA üztanıma texnologiyası əsasında çalışır. ABB mobile istifadəçiləri şəxsi məlumatlarındakı dəyişiklikləri SİMA ilə anında edə bilərlər. Bundan əvvəl məlumat dəyişikliklərinin icrası 3 günədək çəkirdi.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə elektron xidmətlərdən də yararlanmaq mümkündür. Vətəndaşın imzası tələb olunan bütün rəqəmsal xidmətlər bura aiddir. İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması da bu üstünlüklərdəndir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ