Geri qayıtmaq

Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

25.11.2020

ABB pandemiya dövründə kiçik və orta biznesə dəstək məqsədilə daha bir kredit məhsulunun şərtlərini dəyişib. Bu, “İnvoysun maliyyələşdirilməsi” kreditidir. Dəyişikliyə görə, kreditin limiti ikiqat artırılaraq 500000-dən 1000000 manata çatdırılıb. İllik faiz dərəcəsi isə 3% endirilib. 

Kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən kiçik və orta sahibkarlara ABB hesab-fakturada göstərilmiş məbləğin 90%-dək kredit limiti ayırır.

“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

  • Kreditin məbləği – 1 000000 manatadək
  • Kredit limitinin müddəti - 12 ayadək
  • İllik faiz dərəcəsi -  12%-dən başlayaraq

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti ABB-nin filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu  link üzərindən onlayn qaydada sifariş etmək olar. Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.

Qeyd edək ki, ABB sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın ABB Link xidmətindən faydalanaraq öz elektron ticarət sistemlərini qura, məsafədən satışlar həyata  keçirərək ödənişlərini onlayn qaydada qəbul edə bilərlər.

 ABB-nin  Korporativ bankçılıq üzrə baş direktoru Nərgizxanım Biləndərli bildirib: “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtlərini dəyişməyimiz sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaradacaq. Bizneslərin inkişafına təkan verəcək. Kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”. 

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ