Geri qayıtmaq

ABB Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

07.07.2020

Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan ABB bu sahədə daha bir yeniliyini təqdim edib. Bank ABB Miles kartlarını müştərilərin istifadəsinə verib.

Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər ABB Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. ABB Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin. 

ABB Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.

Azərbaycan  Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. ABB Miles kartlarının iki növü var: ABB Miles Mastercard World və ABB Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər.

ABB Miles  kartı ilə millərin hesablanması qaydası isə belədir: ABB Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. ABB Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. ABB Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.

Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

“QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. ABB Miles kartlarını buradan sifariş vermək olar.

Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ