Geri qayıtmaq

Hər kəsə onlayn kredit yeni ünvanda!

25.11.2022

ABB-nin hər kəs üçün əlçatan olan onlayn kredit təklifləri artıq yeni vahid ünvanda təqdim edilir. Heç yerə getmədən www.nagdkredit.az saytına daxil olmaqla hər kəs cəmi 3 dəqiqəyə onlayn kredit ala bilər. Belə ki, iş yerindən və əmək haqqını hansı bankdan almasından asılı olmayaraq rəsmi gəlirə malik bütün şəxslərə, o cümlədən, müəllimlərə, tibb işçilərinə, dövlət qulluqçularına, mühəndislərə və başqa sənət sahiblərinə ABB-nin təqdim etdiyi platforma vasitəsilə sürətli kredit almaq imkanı yaradılıb.

Banka müraciət, kreditin rəsmiləşdirilməsi və əldə edilməsi onlayn qaydada baş verir. Müştərinin sifariş etdiyi məbləğ cəmi 3 dəqiqə ərzində birbaşa onun hesabına köçür. Üstəlik, kredit məbləği də 35 000 AZN-ə qədər artırılıb.  

Kreditin şərtləri:

  • Məbləğ - 35 000 AZN-dək;
  • Müddət - 60 ayadək;
  • İllik faiz dərəcəsi – 11,9%-dən başlayaraq;
  • Zaminlik tələbi - yoxd;
  • Komissiya haqqı – yox

Yeni www.nagdkredit.az platforması ilə ABB bank məhsul və xidmətlərini müştərilərə daha rahat və sürətli şəkildə təqdim edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ