Geri qayıtmaq

Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

14.08.2020

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən ABB İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib.

Belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ABB-nin dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək.

Növbəti mərhələdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı həmin layihələri beynəlxalq Kraudfandinq platforması olan “Kickstarter”-də yerləşdirəcək. Beləliklə, bu startapların kollektiv maliyyələşdirilməsi üçün Kraudfandinq kampaniyasına start veriləcək.

Qeyd edək ki, ABB ölkəmizdə startaplara dəstək məqsədilə özünün ABB İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə  startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.  

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ