Geri qayıtmaq

ABB-dən sahibkarlar üçün fürsətlər

03.09.2020

ABB kiçik və orta sahibkarlar üçün eyni vaxtda bir neçə fürsət yaradıb. 30 sentyabr tarixinə qədər Bankda  hesab açmış fərdi sahibkar və hüquqi şəxslər ölkədaxili köçürmələri hesab açılandan sonra 3 ay müddətində komissiya haqqı ödəmədən aparacaqlar. POS terminal əməliyyatlarında isə 3 ay 50%-dək endirim olacaq. 

Bu müddətdə ABB-də hesab açmış fərdi sahibkar və hüquqi şəxslər işçi sayına uyğun əməkhaqqı kartlarını Bankdan pulsuz alacaqlar. Bundan başqa, yeni hesab açmış sahibkarlar 30 sentyabra qədər Bankdan aldıqları biznes kreditlərinə görə heç bir xidmət haqqı ödəməyəcəklər. ABB-nin POS terminallarının quraşdırılması və xidmətə qoşulması üçün də onlardan xidmət haqqı tələb olunmayacaq. Bu fürsətdən hər bir kiçik və orta sahibkarlıq  subyekti faydalana bilər.

Qeyd edək ki, korporativ müştərilər ABB-də hesabları indi filiallara gəlmədən məsafədən də aça bilərlər. Məsafədən bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Elektron ticarətini inkişaf etdirmək istəyən sahibkarlar isə  ABB Link xidmətindən istifadə edərək maksimum 2 gün müddətinə Bankın virtual POS terminalını əldə edə bilərlər.

Müasir dövlət bankı olan ABB-nin sahibkarlar üçün onlayn  bank xidmətləri barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Sifariş et

ABB Mobile
YÜKLƏ