Geri qayıtmaq

ABB ilk dəfə Şuşada

25.12.2020

Şuşa şəhərində ilk dəfə olaraq Azərbaycan bankının ekvayrinq şəbəkəsi ilə nağdsız ödəniş imkanı yaradılıb.  Şuşada ilk POS terminalı Azərbaycan Beynəlxalq Bankı quraşdırıb. Bankın POS terminalı Şuşanın azadlığından sonra ilk sahibkarlıq subyekti kimi burada öz filialını açmış AzCake mağazasındadır. POS terminalın istifadəsi yalnız gələcəkdə mülki şəxslərin Şuşaya gəlişində istifadə üçün nəzərdə tutulub. Şəhərdə sahibkarlıq subyektlərinin sayı artdıqca burada Bankın POS terminallarının sayı da artırılacaq. Eyni zamanda Şuşada Bankın bir neçə ATM-i quraşdırılacaq. Yaxın aylarda Şuşa şəhərində Azərbaycan Beynəlxalq Bankının filialının da açılması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Dekabrın əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb.

Ərazilərdə həyata keçiriləcək quruculuq proseslərinə paralel olaraq Bank azad edilmiş bütün rayonlarda öz filiallarını yaradacaq. Bu rayonlarda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən sakinlər ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının çeşidli məhsul və xidmətlərindən faydalana biləcəklər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ