Geri qayıtmaq

ABB Süni İntellekt xidmətini təqdim etdi

23.01.2024
abb suni intellekt

Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir.

ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir.

Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər.

Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq.

Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur.  ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu  məlumatlarla bağlı suallara cavab vermir.

ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ