25 oktyabr 2021-ci il tarixində ABB ASC-nin səhmdarlarının növdəbənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib.
ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib.
Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.