Geri qayıtmaq

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!

07.12.2022

ABB Mastercard beynəlxalq ödəniş sistemi ilə birlikdə möhtəşəm hədiyyə kampaniyasına start verib. 7 dekabrdan 10 yanvara qədər Bankın Mastercard kartları ilə minimal 10 manat olmaqla ən çox “NFC Token” (Apple Pay, Google Pay, ABB mobile, Garmin Pay) təmassız ödənişləri etmiş müştərilər qiymətli hədiyyələr qazanacaqlar.

Kampaniyanın hədiyyələri bunlardır:

İlk 3 yer: iPhone 13

4 – 8-ci yerlər: Apple Watch Series 7

9 – 15-ci yerlər: Samsung Watch Active 2

16 – 30-cu yerlər: Samsung Galaxy Buds Pro

31 – 50-ci yerlər: Xiaomi Mi Band

Bu imkan ABB-nin bütün Mastercard sahiblərinə aiddir. Kampaniyadan faydalanmaq üçün https://gift.abb-bank.az/ saytında mobil nömrə və FİN-lə qeydiyyatdan keçmək lazımdır.

Bir ticarət obyekti üzrə gün ərzində maksimal ilk 3 uğurlu əməliyyat nəzərə alınır. Eyni iştirakçı bir dəfə qalib ola bilər. Kampaniya ərzində ABB-nin Mastercard kartları ilə aparılan əməliyyatların sayı cəmlənəcək və qaliblərin seçimi zamanı müştərilərin əməliyyat sayı eyni olduqda ən çox dövriyyə etmiş müştərinin nəticəsinə üstünlük veriləcək. Kampaniya şərtləri ləğv edilmiş əməliyyatlara və biznes kartları ilə aparılan ödənişlərə aid edilmir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ