Geri qayıtmaq

ABB mobile-da “Fayda” var!

07.10.2021
ABB-nin loyallıq proqramı “Fayda”

ABB özünün yeni loyallıq proqramını təqdim edib. ABB mobile tətbiqinin müştərilərə özəl bölməsində yerləşdirilmiş “Fayda” proqramından tətbiqin hər bir istifadəçisi yararlana bilər. Ödənişlərini ABB mobile tətbiqi ilə edən müştərilər “Fayda”lar toplayırlar. Toplanmış “Fayda”larla bəzi bank məhsulları, endirim kuponları və müxtəlif hədiyyələr qazanmaq olar.

Hər bir müştəri ABB mobile tətbiqində ilk dəfə qeydiyyatdan keçərkən ilkin olaraq 2000 xoşgəldin “Fayda”sı qazanacaq. Topladığı “Fayda”ları balansında dərhal görə biləcək. Ondan sonra ABB mobile ilə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni “Fayda”lar qazandıracaq. Gələcəkdə mobil tətbiq istifadəçiləri daha çox üsullarla “Fayda”lar qazana və onları xərcləyə biləcəklər.

Toplanmış “Fayda”lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Vaxtı bitmiş “Fayda”lar etibarsız sayılır və bərpa olunmur. Bank “Fayda”lardan vaxtında yararlanmaq üçün müştərilərə xüsusi təkliflər təqdim edir.

ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar.    

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ